Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Belçikadakı Azərbaycan diasporu adından şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Siz Azərbaycanın inkişafı üçün çox görmüsünüz və əminik ki, bundan sonra daha çox görəcəksiniz.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkəmizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar diləyir və Sizi dəstəklədiyimizi bildiririk.

Dərin hörmətlə,

 

Bülənt Gürçam

Belçika Azərbaycan Evinin sədri, Brüssel

 

Azərbaycan.- 2018.-17 aprel.- S.8.