Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi xoş arzularımı qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək, Sizi Bolqarıstan Respublikasına səfər etməyə yenidən dəvət edirəm. Biz Azərbaycanı özümüzə prioritet tərəfdaş hesab edirik. Əminəm ki, Sizin Bolqarıstana səfəriniz xalqlarımızın mənafeyi üçün ölkələrimiz arasındakı ənənəvi yaxın və dostluq əlaqələrinin daha da inkişafına və dərinləşməsinə yeni töhfə verəcək.

Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı Birgə Bəyannaməyə əsasən, Sofiya və Bakı arasındakı əlaqələrin hərtərəfli gücləndirilməsi dövlətlərimizin enerji təhlükəsizliyi və nəqliyyat bağlantısı sahələrində marağın həyata keçirilməsinə imkan yaradacaqregional sülhünsabitliyin güclənməsinə töhfəsini verəcəkdir.

Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzu edirəm. Azərbaycan Respublikasına davamlı inkişaf diləyirəm.

Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Rumen Radev

Bolqarıstan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.-18 aprel.- S.3.