Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Prezident seçkilərində inamlı qələbəniz Sizin məqsədyönlü siyasi xəttinizə Azərbaycan xalqının dəstəyinin parlaq sübutudur.
Sizin səriştəli rəhbərliyiniz ilə ölkənizdə davamlı iqtisadi, sosial və inzibati islahatlar gerçəkləşdirilir, ictimai münasibətlərin və dövlət təsisatlarının tam demokratikləşməsi həyata keçirilir.
Bu uzaqgörən strateji xəttin davamlı reallaşması sayəsində Azərbaycanın yaxın və uzaq xarici ölkələrdə nüfuzu daha da yüksəlir, beynəlxalq arenada onun fəallığı və rolu durmadan artır.
İnanıram ki, Prezident kürsüsündə bundan sonrakı fəaliyyətiniz respublikanızın siyasi və sosial-iqtisadi inkişafında yeni nailiyyətlər qazanmasına, Müstəqil Dövlətlər Birliyi çərçivəsində inteqrasiya proseslərinin daha da genişlənməsinə və dərinləşməsinə kömək edəcəkdir.
Prezident seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimi bir daha çatdırmaqla yanaşı, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin hörmətlə,
Sergey Lebedev
MDB İcraiyyə Komitəsinin sədri – icraçı
katibi
Azərbaycan.- 2018.-18 aprel.-
S.3.