Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının
Prezidenti seçilməyinizin
həm bölgədə
sülhə və sabitliyə, həm də Türkiyə-Azərbaycan
dostluğunun və qardaşlığının inkişafına
töhfə verəcəyinə
inamımı bildirməkdən
məmnunluq duyuram.
Sizin bu inamlı qələbəniz Türkiyə
Vəkillər Birliyinin
təşəbbüsü ilə yaradılan
TÜRK-AV (Türkdilli və
Qohum Ölkələrin
Vəkillik Qurumlarının
Birliyinin) qurucularından
olan və bir müddət əvvəl idarə heyətinə üzv seçilən Azərbaycan
Respublikasının Vəkillər
Kollegiyası ilə həyata keçirdiyimiz birgə fəaliyyətin iki ölkə arasında əməkdaşlığın
hüququn təhlükəsizlik
çətiri altında
inkişaf etdiriləcəyinə
olan inamımızı
artırıb.
Yenidən Prezident
seçilməyiniz münasibətilə
Sizi təbrik edir, bunun dost və qardaş Azərbaycan xalqına xeyirli olması diləyi ilə dərin ehtiramımı bildirirəm.
Hörmətlə,
professor Mətin
Feyzioğlu
TÜRK-AV-ın sədri,
Türkiyə Vəkillər
Birliyinin sədri
Ankara şəhəri
Azərbaycan.- 2018.-18 aprel.- S.3.