Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə vətənimiz Azərbaycanın sabitlik, əmin-amanlıq və rifah içində yaşayan ölkə olaraq daha da inkişaf etməsini arzulayırıq.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, həmvətənlərimizə sülh və firavanlıq diləyirik.

Dərin hörmət və ehtiramla,

 

Şəhla Kazımova

Polşanın Varşava şəhərindəki

Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri

 

Azərbaycan.- 2018.-18 aprel.- S.4.