Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Ölkəmizdə keçirilən prezident seçkilərində yenidən qazandığınız möhtəşəm və tarixi qələbəniz münasibətilə Sizi “Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının üzvləri, Ukraynada yaşayan soydaşlarımız adından və şəxsən öz adımdan təbrik edirəm. Birliyimizin və həmrəyliyimizin əsasında Azərbaycan Respublikasının müstəqilliyi dayanır. Bu müstəqilliyin qorunması, inkişafı və dünya birliyində ölkəmizin mövqeyinin möhkəmləndirilməsi naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzulayıram.

Əminəm ki, Azərbaycan hər zaman Sizin rəhbərliyinizlə tərəqqi, quruculuq, sabitlikmüasirlik timsalı olacaqdır.

Azərbaycan Sizinlə güclü, Sizinlə qüdrətlidir!

Respublikamızda sabitliyin davamlı olması naminə Sizə tükənməz enerji və məqsədyönlü işlərinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

 

Elmar Məmmədov

Kiyev şəhərindən “Azərbaycan–Ukrayna”

Beynəlxalq Alyansının sədri

 

Azərbaycan.- 2018.-18 aprel.- S.4.