Azərbaycanda millətlərarası həmrəylik
yüksək səviyyədədir
Dövlət başçısının Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibə ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Müsahibədə Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən qlobal rəqabətqabiliyyətliyinə görə 35-ci, elə həmin forumun inklüziv inkişaf indeksinə görə isə inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutan Azərbaycanın son illər əldə etdiyi iqtisadi uğurların səbəbləri, həyata keçirilən sosial layihələr, sabitliyə və əmin-amanlığa şərait yaradan amillər, ölkəmizin dünyada artan nüfuzu, inkişaf, sülh və təhlükəsizlik naminə beynəlxalq tədbirlərə evsahibliyi etməsi və s vacib faktorlar genişliyi ilə gündəmə gətirilib.
Bu gün dünyada Azərbaycandan irəlidə yalnız 30 inkişaf etmiş və iki inkişaf etməkdə olan ölkə var. Respublikada iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olunub, yüz minlərlə yeni iş yeri açılıb, Azərbaycanda işsizlik, demək olar ki, beş faiz səviyyəsindədir. Bütün bunlar ölkəmizdə son illərdə həyata keçirilən və yüksək səmərə vermiş sosial-iqtisadi siyasətin nəticəsidir.
Ölkə rəhbərinin müsahibəsində əldə olunan bütün uğurların təməlində ölkəmizdə yaşayan azsaylı xalqların əməyinin, zəhmətinin, siyasi fəallığının, dövlətə və dövlətçiliyə can yanğısı ilə xidmətinin olduğu xüsusi qeyd edilir. Ölkəmiz tarixən multimilli ölkə olub, bu gün də belədir. Azərbaycanı yaxından tanıyan dövlət başçıları, ictimai-siyasi xadimlər və politoloqlar çox yüksək kürsülərdən deyirlər: “Etnik və dini müxtəliflik Azərbaycan xalqının sərvətinə çevrilib”. Ölkəmizdə bu sərvətin qorunmasını, etnik və dini həmrəyliyi daha da möhkəmləndirən, dostluğu və sülhü dəstəkləyən xalqların bir-biri ilə xoş qarşılıqlı münasibətlərdə yaşamaları üçün əsas amilləri, gərəkli işləri yüksək qiymətləndirən dövlət başçısı demişdir: “Bilirsinizmi, tarixən iş elə gətirib ki, Azərbaycan həmişə mədəniyyətlərarası, dinlərarası dialoqun yüksək səviyyəsi ilə fərqlənən ölkə olub. Məsələn, əvvəllər multikulturalizm kimi terminlər yox idi, lakin bu, həmişə bizim həyat normamız olub. Müstəqillik illərində biz bu müsbət meyilləri nəinki qoruyub saxlamağa, həm də onları möhkəmlətməyə nail olmuşuq. Bu gün ölkəmizdə yaşayan bütün xalqlar, bütün konfessiyaların nümayəndələri özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss edir və həqiqətən belədir. Mən dəfələrlə demişəm: bizim müxtəlifliyimiz bizim sərvətimizdir. Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir, biz onu çox yüksək qiymətləndiririk və bu müsbət meyillərin möhkəmlənməsi üçün nə lazımdırsa edirik”.
Azərbaycan tarixən multimilli ölkə olub. Etnik qruplara və dini müxtəlifliyə malik insanlar bu il 100 illik
yubileyini təntənə
ilə qeyd etməyə hazırlaşdığımız
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında
böyük fəallıq
göstəriblər. Ruslar,
yəhudilər, tatlar,
talışlar, udilər,
ləzgilər, ingiloylar
və digər xalqların nümayəndələrinin
100 il bundan əvvəl, cəhalətin
və müstəmləkəçiliyin
hökm sürdüyü
o çətin zamanlarda
azərbaycanlılarla birgə
Şərq aləmində
yaratdıqları milli
hökumət - Azərbaycan
Xalq Cümhuriyyəti
xalqımızın qürur
mənbəyidir. 100 il
bundan öncə, bəlkə bu yüz ildən də bir az
əvvəl Azərbaycanda naxələf
ermənilərdən başqa
heç bir xalqın nümayəndəsi
millətlərarası ədavətlə
məşğul olmayıb.
“Böyük Ermənistan” yaratmaq xülyası ilə ömürlərini fəna
etdikləri bu məşğulluğu isə
onlara heç bir xalq, heç
bir dövlət, heç ermənilərin ağıllı siyasətçiləri
də məqbul saymır.
Dövlət başçısı müsahibəsində
vurğulamışdır ki,
ölkəmizdə millətlərarası,
konfessiyalararası münasibətlər
sahəsində heç
bir potensial problem yoxdur. Bu istiqamətdə dövlət siyasəti həyata keçirilir.
O da çox vacibdir ki, cəmiyyət
bu siyasəti tamamilə dəstəkləyir.
Bu müsbət meyillərin
regionda və bütün dünyada
yayılması üçün
Azərbaycan fəal iş aparır. Təbii ki, dünyanın istənilən
nöqtəsində baş
verən, millətlərarası
münasibətlərdə gərginliklərlə,
mürəkkəbliklərlə bağlı olan proseslər potensial təhlükə mənbəyidir.
Buna görə respublikamızda çoxsaylı
beynəlxalq tədbirlər
- Bakı Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının
Qlobal Forumu keçirilib.
Müsahibədə qeyd olunduğu kimi, ölkəmizin daxilində cəmiyyətin
radikallaşması ilə
bağlı potensial risklər yoxdur. Etnik və
dini müxtəlifliyə
malik xalqlar azərbaycanlılarla dostluq
və mehriban şəraitdə yaşamaqla
ölkəmizi kənardan
mənfi və təhlükəli təsirlərdən
qoruyurlar.
R.SALMANLI
Azərbaycan.- 2018.- 18 aprel.- S.6.