Şəhidlərin xatirəsinə ehtiram
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 18-də ailə üzvləri
ilə birlikdə xalqımızın müqəddəs and
yeri olan Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Prezident
İlham Əliyev və ailə üzvləri
paytaxt Bakının mənzərəsini seyr etdilər.
Azərbaycan.-
2018.- 19 aprel.- S.4.