İlham Əliyevin prezident
seçkilərində inamlı qələbə qazanması
Türkiyədə böyük qürur hissi ilə
qarşılanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Bilal Ərdoğanı və Türkiyə Respublikasının gənclik və idman naziri Osman Aşkın Bakı qəbul edib.
AZƏRTAC xəbər verir ki, nazir Osman Aşkın Bak və Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırdılar. Qonaqlar Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə bir daha təbrik etdilər və bu qələbənin Türkiyədə böyük qürur hissi ilə qarşılandığını bildirdilər.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin gənclər siyasəti və idman sahəsində əməkdaşlığının möhkəmləndirildiyi qeyd olundu, Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasının İslam ölkələri arasında əməkdaşlığın və həmrəyliyin genişləndirilməsi işinə xidmət edəcəyi bildirildi.
Dövlətimizin
başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın və Baş nazir Binəli Yıldırımın
salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə
və Baş nazirinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.-
2018.-19 aprel.- S.5.