Prezident İlham Əliyev Beynəlxalq Atom Enerjisi Agentliyinin
baş direktorunu qəbul
edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 18-də Beynəlxalq Atom
Enerjisi Agentliyinin baş direktoru Yukio Amanonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edən Yukio Amano Prezident İlham Əliyev ilə inauqurasiya mərasimi günündə görüşməsinin əlamətdar hadisə olduğunu dedi. Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyi üçün çox mühüm tərəfdaş olduğunu qeyd edən Yukio Amano ölkəmizlə yüksək səviyyəli əməkdaşlıq həyata keçirildiyini, bir sıra mühüm layihələr üzrə birgə iş aparıldığını vurğuladı.
Təbrikə görə
minnətdarlığını bildirən Prezident
İlham Əliyev Yukio
Amanonun ölkəmizə səfərinin
önəmini qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə
Beynəlxalq Atom Enerjisi
Agentliyi arasında yaxşı tərəfdaşlıq
əlaqələrinin mövcud
olmasından və bir sıra birgə
layihələr üzərində işlərin
aparılmasından məmnunluğunu ifadə etdi.
Prezident İlham
Əliyev ölkəmizlə Beynəlxalq Atom
Enerjisi Agentliyi
arasında əməkdaşlığın gələcəkdə
də inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan.-
2018.-19 aprel.- S.5.