Prezident İlham Əliyev Beynəlxalq Sərgilər
Bürosunun nümayəndə heyətini
qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 18-də Koreya
Respublikasının Beynəlxalq Sərgilər Bürosunda
nümayəndəsi, səfir Cai-Çul Çoyun
başçılıq etdiyi Beynəlxalq Sərgilər
Bürosunun nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin adından çıxış edən Cai-Çul Çoy dövlətimizin başçısını ölkəmizdə keçirilən prezident seçkilərində qələbəsi və inauqurasiya mərasimi münasibətilə təbrik etdi.
Cai-Çul Çoy qeyd etdi ki, Azərbaycan kimi gözəl bir ölkəni tanımaq şansı əldə etmələrindən və burada gedən dinamik proseslərin şahidi olmalarından məmnunluq hissi keçirirlər. Cai-Çul Çoy bildirdi ki, nümayəndə heyətinin səfərinin əsas məqsədi Azərbaycanda mövcud olan şəraiti və imkanları araşdırmaqdır. Qonaq səfər zamanı ölkəmizdə bir sıra səmərəli görüşlər keçirdiklərini, bu müddət ərzində apardıqları müşahidələr nəticəsində müsbət mövqedə olduqlarını vurğuladı.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.
Azərbaycanın
gənc müstəqil dövlət olduğunu
deyən dövlətimizin başçısı qısa
müddət ərzində siyasi, iqtisadi və sosial sahələrdə
genişmiqyaslı islahatlar həyata keçirildiyini, ölkəmizin artıq uğurlu inkişaf, eləcə
də siyasi, iqtisadi və
dövlət quruculuğu sahələrində
sürətli transformasiya nümayiş
etdirməyə nail olduğunu
bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu
illər ərzində görülən işlər göstərir
ki, gənc bir dövlət
çox uğurla
müstəqil yaşaya və çoxlu sayda beynəlxalq
tədbirlər təşkil edə bilər. Dövlətimizin
başçısı Bakının artıq siyasi,
mədəni və idman sahələrində
bir çox mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini
vurğuladı. Prezident İlham
Əliyev nümayəndə heyətinin Azərbaycana səfərinin
ölkəmizlə və burada əldə
olunan nailiyyətlərlə yaxından
tanış olmaq üçün
yaxşı fürsət yaratdığını dedi, səfərin uğurlu
keçəcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan.-
2018.-19 aprel.- S.5.