Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməyiniz münasibətilə
Sizə İtaliya xalqı adından və şəxsən
öz adımdan səmimi təbriklərimi və ali
mandatınızın icrasında xoş arzularımı
çatdırmaq istəyirəm.
Əminəm ki, beynəlxalq
səviyyədə güclü tərəfdaşlıqda, eləcə
də cəmiyyətlərimizin səmərəli əməkdaşlığında
təzahür edən, İtaliya ilə Azərbaycan
arasında gözəl münasibətlər
qarşıdakı illər ərzində də siyasi, iqtisadi
və mədəni sahələrdə birmənalı şəkildə
inkişaf edəcək və möhkəmlənəcək.
Konstruktiv dialoqu ümumi
öhdəliyimiz kimi vurğulayaraq və sülh şəraitində
birgə yaşamanın qaynaqlandığı dəyərlərə
riayət edərək ümumi təhlükəsizliyə olan
çoxsaylı çağırışların həlli
yollarını müəyyən etmək üçün
birgə çalışmalıyıq.
Bu əhval-ruhiyyə ilə
yaxın zamanlarda Bakıda Sizinlə görüşməyə
ümid edir, Sizə cansağlığı və dost Azərbaycan
xalqına rifah diləyir, bir daha ən səmimi
arzularımı çatdırıram.
Hörmətlə,
Sergio Mattarella
İtaliya Respublikasının Prezidenti
Azərbaycan.- 2018.- 19 aprel.- S.8.