Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, cənab Prezident.

Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan dövləti və xalqı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycanın birinci respublikasının 100 illiyi ilə eyni vaxta təsadüf edən yeni mandatınızın Azərbaycan ilə Fransa arasında yüksək səviyyəli əlaqələrin və ikitərəfli tarixi münasibətlərin güclənməsinə yeni imkanlar açmasına çox sevinirəm.

Şirkətimizin dəstəyi ilə dörd ildir NAVAL şirkətlər qrupunun Bakı gəmiqayırma zavodu ilə “OPV 90” markalı hərbi patrul gəmilərinin inşası layihəsinin ölkələrimiz arasında strateji əməkdaşlığın və sənaye sahəsində gələcək əlaqələrin əsas istiqamətlərindən biri hesab edilməsinə şadam.

Cənab Prezident, Parisə növbəti səfəriniz zamanı Sizinlə görüşmək arzusu ilə bir daha səmimi təbriklərimi və ən dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Jil Remi

Fransanın “CIFAL” şirkətlər qrupunun prezidenti

 

Azərbaycan.- 2018.-19 aprel.- S.11.