Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Seçkilərdə qazandığınız inamlı qələbə ölkənizin sosialiqtisadi cəhətdən inkişafına və güclənməsinə yönəlmiş siyasi kursunuzun qardaş Azərbaycan xalqı tərəfindən dəstəkləndiyinin sübutudur.

Sizi Türkiyə Həmkarlar İttifaqları Konfederasıyası adından və şəxsən öz adımdan türk xalqları arasında birliyi gücləndirmək və türkdilli ölkələr arasındakı mövcud qardaşlıq münasibətlərini daha da inkişaf etdirmək üçün səylərinizi təqdirəlayiq hesab edirəm. Qardaş Azərbaycan xalqının rifahının daha da yaxşılaşması üçün həyata keçirdiyiniz siyasi kursu davam etdirəcəyinizə əminəm.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizi bir daha təbrik edir, Sizə və bütün azərbaycanlı qardaşlarıma hörmət və salamlarımı çatdırıram.

Dərin hörmətlə,

 

Ergün Atalay

Türkiyə Həmkarlar İttifaqları Konfederasıyasının sədri

 

Azərbaycan.- 2018.-19 aprel.- S.12.