Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezidentimiz.

QalaYunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 2017-ci il fevralın 13-dən etibarən Yunanıstanın Saloniki şəhərində rəsmi fəaliyyətə başlamışdır. Sizin müdrik rəhbərliyinizlə ölkə xaricində yaşayan hər bir Azərbaycan vətəndaşı öz həyatında dövlət qayğısını hiss edir. Sizin fəaliyyətiniz dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır.

Möhtərəm cənab Prezident, “QalaCəmiyyətinin bütün üzvləri adından aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edir, Yunanıstanda yaşayan həmvətənlərimizin Sizin siyasi kursunuzu daim birmənalı olaraq dəstəklədiklərini bildirmək istəyirəm.

Hörmətlə,

 

Rəşid Məmmədov

QalaYunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri

 

Azərbaycan.- 2018.-19 aprel.- S.12.