Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti Zati-aliləri cənab Corc
Herbert Uoker Buşa
Zati-aliləri,
Həyat yoldaşınız xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 aprel 2018-ci il.
Azərbaycan.- 2018.-20 aprel.- S.4.