Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident.

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Ümidvaram ki, yeni mandatınız Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsi, xüsusən də fundamental dəyərlərə və prinsiplərə, o cümlədən siyasiiqtisadi maraqlarımıza söykənən daha əhatəli yeni ikitərəfli saziş üzrə aparılan danışıqların yekunlaşdırılması üçün zəmin yaradacaq. Bizim vacib hesab etdiyimiz məsələlərin mərkəzində fundamental hüquqlarademokratik prinsiplərə hörmət hissi dayanır və mən Sizin həmin mühüm dəyərlər istiqamətində qətiyyətli fəaliyyət göstərəcəyinizə əminəm.

Cənab Prezident, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Jan-Klod Yunker

Avropa Komissiyasının prezidenti

 

Azərbaycan.- 2018.-20 aprel.- S.2.