Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Siz öz Vətəninizin əsl milli liderisiniz. Sizin bütün fəaliyyətiniz
Azərbaycan xalqının
rifahının və
ölkənin beynəlxalq
nüfuzunun möhkəmlənməsinə
yönəlib. Prezident seçkilərindəki
inamlı qələbəniz
Azərbaycan vətəndaşlarının
Sizə sonsuz inamının sübutudur.
Xalqınız ölkənin
iqtisadi və siyasi inkişafını məhz Sizin
fəaliyyətinizdə görür.
Məhz Sizin siyasi iradəniz
və müdrik rəhbərliyiniz sayəsində
Azərbaycan Respublikası
çətin və böhranlı vəziyyətlərdən
ləyaqətlə çıxa
bilib.
Hazırda dünya ölkələri arasında ictimai diplomatiyanın yeni formaları bərqərar olmaqdadır. Bu diplomatiyanın əsasında müasir dünyanın mədəni-sivil müxtəlifliyini əks etdirən dostluq, qarşılıqlı anlaşma, əməkdaşlıq, habelə tarixi-mədəni irsin qorunub saxlanması dayanır. Azərbaycan, Rusiya və digər ölkələr arasında xalq diplomatiyasının möhkəmlənməsinə şəxsi töhfənizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayırıq.
Əminik ki, dövlətlərarası ictimai diplomatiya çərçivəsində ənənəvi əməkdaşlığımız xalqlar dostluğunun möhkəmlənməsi və sülhün qorunub saxlanması naminə bundan sonra da inkişaf edəcəkdir.
Hörmətlə,
Valeri Kalyakin
“Qələbənin Varisləri” Beynəlxalq
İttifaqının prezidenti
Rusiya Federasiyası,
Moskva şəhəri
Azərbaycan.- 2018.-20 aprel.-
S.3.