Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Avropada yaşayan və fəaliyyət göstərən Azərbaycan icmaları xalqımızın bu düzgün seçimini dəstəkləyir və məmnunluqlarını ifadə edirlər.

Rəhbərlik etdiyim Avropa Azərbaycanlıları Konqresi Azərbaycan hakimiyyətinin yürütdüyü daxilixarici siyasəti bəyənir, ona hər zaman yüksək dəstək verir.

BizAvropa azərbaycanlıları tarixi vətənimizin bundan sonra da çiçəklənməsini, xalqımızın rifahının daha da yüksəlməsini arzulayır və Sizə bu çətin vəzifədə uğurlar diləyirik.

Sizə cansağlığı və bundan sonrakı prezidentlik dövrünüzdə müvəffəqiyyətlər arzu edirik.

Dərin hörmətlə,

 

Sahil Qasımov

Avropa Azərbaycanlıları Konqresinin prezidenti,

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü

 

Azərbaycan.- 2018.-20 aprel.- S.3.