Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Azərbaycanda keçirilən prezident seçkilərində qətiyyətli qələbəniz münasibətilə Sizi Belqrad şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzinin çoxsaylı üzvləri adından səmimi qəlbdən təbrik edirik.

Sizin həyata keçirdiyiniz siyasət nəticəsində doğma Azərbaycanımız dövlət quruculuğu, sabit və dayanıqlı inkişaf, eləcə də beynəlxalq əməkdaşlıq sahələrində böyük uğurlar qazanmışdır. Dünyanın bir çox regionlarında gərginliyin artdığı, müxtəlif mədəniyyətlər arasında ziddiyyətlərin gücləndiyi bir dövrdə dövlətimiz nəinki yerləşdiyi mürəkkəb regionda öz təhlükəsizliyini və daxili sabitliyini təmin edə bilir, həmçinin dünyada sülhün, təhlükəsizliyin, əməkdaşlığın və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi prosesinə öz dəyərli töhfələrini verir, regional əhəmiyyətli böyük enerjiinfrastruktur layihələrini reallaşdırır.

Azərbaycanın Qərb və Şərq mədəniyyətləri arasında tarixən oynadığı körpü rolunu bu günöz xarici siyasətində uğurla davam etdirməsi, Avropa, İslam dünyası, eləcə də qlobal səviyyədə dialoq və əməkdaşlığa xidmət edən beynəlxalq tədbirləri uğurla reallaşdırması, dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı inama söykənən əməkdaşlıq əlaqələrinin qurulması onun beynəlxalq aləmdə daha yaxından tanınmasına, dost və tərəfdaşlarımızın artmasına səbəb olmuşdur.

Zati-aliləri, yaranmış imkandan istifadə edərək Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı və bu ali dövləti vəzifənizdə uğurlar arzulayırıq.

Dərin hörmət ehtiramla,

 

Professor Zərifə Əlizadə

Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri

 

Azərbaycan.- 2018.-20 aprel.- S.3.