Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Birləşmiş Ukrayna Azərbaycanlıları KonqresiUkrayna Millətlər Assambleyası adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Sizin xalqımızın yüksək etimadını qazanaraq prezident seçilməyiniz Ukraynada yaşayan 500 mindən çox azərbaycanlının böyük sevincinə səbəb olmuşdur. Aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığınız parlaq qələbə ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməyinizin məntiqi nəticəsidir. Qürurla qeyd etmək istəyirik ki, Sizin rəhbərliyinizlə doğma Azərbaycanımız inkişaf edərək dünyanın aparıcı ölkələri arasında öz layiqli yerini tutmuşdur. Dünyanın müxtəlif ölkələrində yaşayan 10 milyonlarla azərbaycanlı bu gün inkişafintibah tarixini yaşayan müstəqil dövlətimizlə fəxr edir, bu yolda Sizin yürütdüyünüz uğurlu siyasəti tam dəstəkləyir. Bu şərəfli və məsuliyyətli işinizdə Sizə böyük uğurlaryeni-yeni nailiyyətlər diləyir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı və səadət arzulayırıq.

Möhtərəm Prezident, Sizi əmin etmək istəyirik ki, Ukraynada yaşayan hər bir soydaşımız özünü müstəqil dövlətimizin sıravi əsgəri hesab edir, istənilən vaxt Sizin çağırışınıza qoşularaq işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə hazır olduğunu bildirir. İnanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha böyük inkişaf yolu keçəcək, tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır.

Hörmətlə,

 

Rövşən Tağıyev

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri,

Ukrayna Millətlər Assambleyasının rəhbəri

 

Azərbaycan.- 2018.-20 aprel.- S.4.