Kuba Respublikası Dövlət Şurasının Sədri Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə

 

Hörmətli cənab Sədr,

Kuba Respublikası Dövlət Şurasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə qarşıdakı məsul işinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2018-ci il.

 

Azərbaycan.- 2018.-21 aprel.- S.1.