Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İslam Əməkdaşlıq Təşkilatı adından ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram.

Cənab Prezident, seçicilərin mütləq əksəriyyətinin Zati-alinizə səs verməsi onların Sizin rəhbərliyinizə və Azərbaycanın gələcəyi ilə bağlı siyasətinizə bəslədiyi etimadın təcəssümüdür. Əminəm ki, Siz müdrikliyiniz və zəngin təcrübəniz sayəsində ali dövləti fəaliyyətinizi Azərbaycan xalqının əmin-amanlığı, birliyi və tərəqqisi naminə bundan sonra da uğurla davam etdirəcəksiniz.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha bildirirəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə münasibətlərini yüksək qiymətləndirir. Biz Azərbaycan ilə ikitərəfli əməkdaşlığımızı bundan sonra da möhkəmləndirmək istiqamətində səylərimizi əsirgəməyəcəyik.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

 

Yusif bin Əhməd əl-Useymin

İslam Əməkdaşlıq Təşkilatının baş katibi

 

Azərbaycan.- 2018.- 21 aprel.- S.3.