Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Braziliya Milli Konqresinin Deputatlar Palatasında Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri olaraq demokratik və azad seçki şəraitində yenidən Prezident seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasına və xalqına dərin hörmətimi və heyranlığımı bildirirəm.
Zati-aliləri, yeni Prezidentlik dönəmində Sizə müvəffəqiyyətlər və nailiyyətlər arzulayıram. Əminəm ki, bu dövr Azərbaycan üçün daha da uğurlu olacaqdır.
Azərbaycanın mühüm beynəlxalq aktor olduğunu bir daha təsdiqləyərək bildirirəm ki, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi mən Sizin və Azərbaycan hökumətinin ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş səylərinizi hər zaman dəstəkləməyə hazıram.
Ən xoş arzularla,
Klaudio Kajado
Braziliya Milli Konqresinin Deputatlar Palatasında
Braziliya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun sədri,
federal deputat
Azərbaycan.-
2018.- 21 aprel.- S.3.