Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi, ailənizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edək.
Son onilliklər ərzində Azərbaycan dinamik, dayanıqlı, davamlı inkişaf edib və möhkəmlənib. Əhalinin rifahı yaxşılaşıb, dövlət hakimiyyəti və idarəetmə sistemi möhkəmlənib, təhsil və səhiyyənin səviyyəsi yüksəlib. Dövlətin siyasi, ictimai, iqtisadi həyatının digər sahələrində böyük irəliləyişə nail olunub.
Qonşu və dost Azərbaycanın uğurlarını biz sevinc və iftixar hissi ilə izləyir, şəxsən Sizə və bütün dost Azərbaycan xalqına yeni-yeni uğurlar, firavanlıq və əmin-amanlıq arzulayırıq. Ölkənizin möhkəmlənməsində, müasir, güclü və nüfuzlu dövlətə çevrilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini yüksək dəyərləndirir və unutmuruq. Qafqaz regionunun inkişafına və ölkələrimizin dünya xəritəsində geosiyasi mövqe tutmasına Sizin ulu öndər Heydər Əliyevin verdiyi töhfələri minnətdarlıq və ehtiramla xatırlayırıq.
Hörmətli İlham Heydər oğlu, çox sağ olun ki, Siz öz xalqının və Vətəninin sədaqətli oğlu olan atanızın tarixi irsini ləyaqət və iftixarla davam və inkişaf etdirirsiniz.
Arzu edirik ki, Azərbaycan layiq olduğu sülhə, tərəqqiyə və dövlətin ərazi bütövlüyünün bərpasına nail olsun. Gürcüstanla Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə bacardığımız qədər töhfə verməyə, ölkələrimizin iqtisadi potensialını möhkəmləndirməyə, Azərbaycanın getdikcə inkişaf edən iqtisadiyyatına investisiyalar cəlb etməyə və özümüz investisiya qoymağa hər zaman hazır olduğumuzu bildiririk.
Biz Azərbaycanı daha qüdrətli, vahid və firavan görmək istəyirik. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan yeni-yeni uğurlar qazanacaq və gələcəyə inamla addımlayan geniş real imkanları olan ölkə kimi qalacaq.
Ən xoş arzularla və dərin hörmətlə,
David Bejuaşvili
Gürcüstanın “Georgian Industrial
Group”
Şirkəti Direktorlar
Şurasının sədri
Gela Bejuaşvili
“Georgian Industrial
Group”
Şirkəti Direktorlar
Şurasının üzvü
Azərbaycan.- 2018.- 21 aprel.-
S.3.