Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Bu yaxınlarda keçirilən prezident seçkilərində parlaq qələbəniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin. Seçkilərin nəticələri göstərdi ki, Azərbaycan xalqı ölkənin hansı yolla gedəcəyinə və bu yolda ona kimin rəhbərlik edəcəyinə əmindir.

Əminik ki, Sizin ölkəniz bundan sonra da uğurla inkişaf edəcək, vətəndaşlarınız sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar.

Bizim Akademiya hər zaman Sizinlə olacaq, ölkələrimiz arasında əməkdaşlığın vətəndaşlarımızın rifahı naminə gündən-günə möhkəmlənməsinə səy göstərəcək.

Möhtərəm cənab Prezident, Tanrı Sizi qorusun, Sizə möhkəm cansağlığı, səadət və firavanlıq nəsib etsin.

Hörmətlə,

 

Serbiya Kral Akademiyası Şurasının üzvləri

 

Azərbaycan.- 2018.- 21 aprel.- S.3.