Akademik Zərifə xanım Əliyeva ölkəmizdə oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verib

 

Görkəmli akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Bu il aprelin 28-də görkəmli oftalmoloq-alimin 95 illiyi tamam olacaq.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının akademik Zərifə xanım Əliyevanın 95 illiyinə həsr olunmuş məşğələsində səsləndirilib.

Məşğələdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov görkəmli alim, elm təşkilatçısı ictimai xadim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın nümunəvi həyat yolundan danışaraq qeyd edib ki, yüksək keyfiyyətlərə malik səmimi xeyirxah insan, fədakar ömür yoldaşı anaZərifə xanım Əliyevanın şərəfli həyat yolu gənc nəsil üçün əsl nümunədir.

Zərifə xanım Əliyevanın həyatı fəaliyyətiadlı məruzə ilə çıxış edən Tibbi kliniki fənlər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Nüsrət Həsənov bildirib ki, görkəmli akademik oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlara imza atıb. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva, həmçinin yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə xüsusi diqqət yetirib.

Sonda görkəmli oftalmoloq-alimin həyat yolunu əks etdirən film nümayiş olunub.

 

Azərbaycan.- 2018.- 21 aprel.- S.6.