Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla
görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbində olub.
AZƏRTAC xəbər verir ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1961-ci ildə inşa olunub. Bina 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib.
Hazırda məktəbdə
306 şagird təhsil alır. Onlardan 135-i məktəbdə daimi olaraq qalır.
Leyla Əliyeva internat məktəbindəki
şəraitlə tanış oldu, eyni zamanda, Fond tərəfindən yaradılan
sinifdə uşaqlarla
görüşərək, onların təhsili, asudə vaxtlarının təşkili ilə maraqlandı.
Xatırladaq ki, Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına
çıxışının təmin edilməsi” layihəsi çərçivəsində
məktəbdə uşaqlar
üçün xüsusi
sinif yaradılıb. 2007-ci ildə açılışı
olan sinfə Fond tərəfindən müvafiq
tədris vəsaitləri,
kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış
kompüterlər hədiyyə
edilib. Burada, həmçinin audio studiya və kitabxana var.
Bildirilib ki, Brayl əlifbası
ilə Azərbaycan, rus və ingilis
dillərində olan istənilən kitabı burada kompüterin yaddaşına köçürüb
oxumaq, səsləndirib
dinləmək, musiqiyə
qulaq asmaq, internetə bağlanmaq, məktublaşmaq mümkündür.
Daha sonra internat məktəbinin şagirdləri,
o cümlədən Rusiyada
müxtəlif veriliş
və festivallarda iştirak edən istedadları öz ifalarını təqdim ediblər.
Azərbaycan.-
2018.- 21 aprel.- S.6.