“Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun
və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 noyabr tarixli 816-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 610; 2001, ¹ 10, maddə 646; 2002, ¹ 5, maddələr 273, 279, ¹ 7, maddə 413, ¹ 8, maddə 478, ¹ 9, maddə 563; 2003, ¹ 8, maddə 434; 2004, ¹ 1, maddə 19, ¹ 5, maddə 345; 2005, ¹ 1, maddə 18, ¹ 4, maddə 299, ¹ 9, maddə 799, ¹ 12, maddə 1101; 2006, ¹ 8, maddə 676, ¹ 11, maddə 935; 2007, ¹ 1, maddə 10, ¹ 3, maddə 223, ¹ 9, maddə 865, ¹ 12, maddə 1247; 2008, ¹ 1, maddələr 7, 10; 2009, ¹ 7, maddələr 531, 534; 2010, ¹ 7, maddə 615; 2011, ¹ 11, maddə 999; 2013, ¹ 5, maddə 509, ¹ 6, maddə 649, ¹ 8, maddə 900; 2014, ¹ 4, maddə 348, ¹ 6, maddə 625; 2015, ¹ 12, maddələr 1450, 1461; 2016, ¹ 4, maddələr 667, 669, ¹ 10, maddə 1644; 2017, ¹ 3, maddə 353, ¹ 5, maddə 814, ¹ 7, maddə 1321; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 mart tarixli 1894 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissənin ikinci abzasında “180-189” rəqəmləri “180-183, 185-188” rəqəmləri ilə əvəz edilsin.
2. 4-cü hissədən “184-cü (Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyan vurma),” sözləri çıxarılsın və həmin hissədə “oğurlama” sözü “talama” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 aprel 2018-ci il
Azərbaycan.- 2018.-22 aprel.-
S.2.