Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 noyabr tarixli 816-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 4, maddə 258, ¹ 12, maddə 1058; 2009, ¹ 2, maddə 75, ¹ 7, maddə 532, ¹ 8, maddə 618, ¹ 10, maddə 776; 2010, ¹ 2, maddə 88, ¹ 7, maddə 610, ¹ 8, maddə 717, ¹ 9, maddə 770; 2011, ¹ 4, maddə 282, ¹ 10, maddə 891; 2012, ¹ 8, maddə 787; 2013, ¹ 9, maddə 1046, ¹ 11, maddələr 1321, 1339; 2014, ¹ 2, maddə 122, ¹ 9, maddələr 1027, 1062; 2015, ¹ 2, maddə 121, ¹ 5, maddələr 521, 543, ¹ 9, maddə 989; 2016, ¹ 2 (II kitab), maddə 228, ¹ 3, maddə 470, ¹ 5, maddələr 869, 879, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1643, ¹ 11, maddə 1816; 2017, ¹ 2, maddələr 173, 185, ¹ 5, maddələr 776, 817, ¹ 8, maddə 1521; 2018, ¹ 2, maddə 189; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1899 nömrəli və 5 aprel tarixli 1911 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.6.1.2-ci yarımbəndinə “ömürlük azadlıqdan məhrum etmə,” sözlərindən sonra “azadlığın məhdudlaşdırılması,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 aprel 2018-ci il

 

Azərbaycan.- 2018.-22 aprel.- S.2.