Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli fərmanı ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 475; 2003, ¹ 6, maddə 290; 2010, ¹ 1, maddə 8; 2011, ¹ 10, maddə 890) ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 8.1-ci bəndə “islah işləri,” sözlərindən sonra “azadlığın məhdudlaşdırılması,” sözləri əlavə edilsin.

2. 13-cü bənddə “İcra Aparatının Hüquq mühafizə orqanları ilə şöbəsinin” sözləri “Administrasiyasının Hüquq mühafizə orqanları ilə və hərbi məsələlər şöbəsinin” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2018-ci il

 

Azərbaycan.- 2018.-22 aprel.- S.2.