N.İ.Məmmədovun Azərbaycan Respublikasının
Baş naziri təyin
edilməsinə razılıq verilməsi haqqında
Azərbaycan Respublikası
Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin 9-cu bəndinə
uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən qərara alır:
Novruz İsmayıl oğlu Məmmədovun
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə
təyin edilməsinə razılıq verilsin.
O.Əsədov
Azərbaycan Respublikası
Milli Məclisinin
Sədri
Bakı şəhəri,
21 aprel 2018-ci il.
Azərbaycan.- 2018.-22 aprel.- S.2.