İlham Əliyev:
“Artur Rasi-zadə müstəqilliyimizin daha da möhkəmləndirilməsi
və ölkəmizin
böyük uğurlar
qazanması istiqamətində
səylərini əsirgəməyib”
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 21-də Artur Rasi-zadənin uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə
səmərəli fəaliyyət
göstərdiyini qeyd
edərək onun ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm
də müstəqillik
illərində Azərbaycanın
inkişafı yolunda əzmlə çalışdığını
bildirib. Qeyd olunub ki, Artur Rasi-zadə dövlətimizin başçısı
İlham Əliyevin rəhbərliyi ilə də müstəqilliyimizin
daha da möhkəmləndirilməsi
və ölkəmizin
böyük uğurlar
qazanması istiqamətində
səylərini əsirgəməyib.
Artur Rasi-zadə fəaliyyətinə
verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına
minnətdarlığını bildirərək qeyd edib ki, xalqımızın
ümummilli lideri Heydər Əliyev kursunu uğurla davam etdirən İlham Əliyevin prezidentlik fəaliyyəti
dövründə ölkəmiz
sosial-iqtisadi sahənin
bütün istiqamətlərində
misli görünməmiş
nailiyyətlər əldə
edib və beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Prezident İlham Əliyev Artur Rasi-zadəyə Baş nazir vəzifəsində gördüyü
işlərə görə
təşəkkürünü bildirib.
Artur Rasi-zadə göstərilən
qayğı və diqqətə görə dövlətimizin başçısına
bir daha minnətdarlığını bildirib. O, Prezident İlham
Əliyevə xalqımızın rifahı və
firavanlığı naminə gələcək fəaliyyətində
yeni-yeni uğurlar
arzulayıb.
Azərbaycan.-
2018.-22 aprel.- S.1.