Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi NATO-nun baş katibi adından təbrik edirəm.

NATO ilə Azərbaycan Respublikası arasında münasibətlərin qurulması 25 il bundan əvvələ təsadüf edirbu əməkdaşlığımızın əhəmiyyəti indiyə qədər durmadan artır. Biz sülhməramlı əməliyyatlarda Azərbaycanın rolunu, xüsusən də Sizin keçən ilin sonunda NATO-nun “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Azərbaycan sülhməramlılarının sayının artırılması barədə verdiyiniz qərarı yüksək qiymətləndiririk. Həmçinin Sizin Şimali Atlantika Alyansı ilə Azərbaycanın “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı” çərçivəsində dinamik siyasi dialoqpraktiki əməkdaşlıq istiqamətində fəaliyyətinizi alqışlayırıq.

NATO baş katibinin Qafqaz üzrə xüsusi nümayəndəsi kimi, qarşıdan gələn illərdə də Şimali Atlantika Alyansı ilə Azərbaycan arasında əməkdaşlığı və dialoqu daha da inkişaf etdirmək niyyətindəyəm.

Hörmətlə,

 

Ceyms Appaturay

NATO baş katibinin xarici işlər təhlükəsizlik

siyasəti üzrə köməkçisinin müavini

 

Azərbaycan.- 2018.- 22 aprel.- S.2.