Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Çox hörmətli cənab Prezident.
Yenidən Azərbaycan
Respublikasının Prezidenti
seçilməyiniz münasibətilə
Zati-alinizi təbrik edir, Azərbaycanın, türk dünyasının
və İslam aləminin ali
mənafeyi uğrunda həyata keçirdiyiniz yüksək fəaliyyətinizin
bundan sonra da davam edəcəyinə
ürəkdən inanıram.
Ölkənizə və xalqınıza göstərəcəyiniz xidmətlərin
davamlı olacağı
düşüncəsi və
inamı ilə Sizə salamlarımı, təbriklərimi və ehtiramımı çatdırıram.
Hörmətlə
Professor Seyit Aydın
Türkiyənin Kastamonu
Universitetinin rektoru
Azərbaycan.- 2018.- 22 aprel.-
S.2.