Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və bütün xalqımızı səmimi qəlbdən təbrik edirik.
Cənab Prezident, Benilüks Azərbaycanlıları Konqresi hər zaman Sizin yürütdüyünüz daxili və xarici siyasəti dəstəkləyib və bundan sonra da dəstəkləməyə davam edəcəkdir.
Möhtərəm Prezident, Sizə bir daha möhkəm cansağlığı, xoşbəxtlik, davamlı uğurlar, xalqımıza isə xeyir-bərəkət və əmin-amanlıq arzu edirik.
Xahiş edirik, səmimi salamlarımızı və ən yüksək ehtiramımızı qəbul edin.
Hörmətlə,
Elsevər Məmmədov
Benilüks Azərbaycanlıları Konqresinin sədri
Azərbaycan.- 2018.- 22 aprel.- S.2.