Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın Rostov vilayətində yaşayan azərbaycanlılar icması adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin qayğınız və müdrik rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası gündən-günə inkişaf edir, sosial, iqtisadi, dini-mənəvi sahələrdə yeni-yeni nailiyyətlər qazanır. Siz Azərbaycanın gələcəyi naminə mühüm dövlət islahatlarını uğurla həyata keçirməyə müvəffəq olursunuz.

Rusiya–Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi biz yüksək dəyərləndiririk. Azərbaycan Respublikası ilə Rostov vilayəti arasında dostluq əlaqələrinin və işgüzar tərəfdaşlığın inkişafına diqqət və dəstəyinizə görə Sizə xüsusi minnətdarlığımızı bildirmək istərdik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti vəzifənizdə qarşınızda duran məsələlərin həlli yolunda uğurlar arzulayırıq.

Hörmətlə,

 

Şakir Allahverdiyev

Rusiyanın Rostov vilayətində yaşayan azərbaycanlılar icmasının sədri

 

Azərbaycan.- 2018.- 22 aprel.- S.2.