“Azərbaycan Respublikasında bəzi
sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya)
verilməsinin təkmilləşdirilməsi tədbirləri
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3 (I kitab), maddə 176; 2001, ¹ 10, maddə 640, ¹ 11, maddə 707; 2002, ¹ 9, maddə 555; 2003, ¹ 10, maddə 568; 2004, ¹ 12, maddə 1004; 2005, ¹ 12, maddə 1104; 2007, ¹ 11, maddə 1106; 2008, ¹ 1, maddə 7; 2010, ¹ 10, maddə 857) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və preambulasında “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.
2. 2-ci hissə ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 aprel 2018-ci il
Azərbaycan.- 2018.-24 aprel.-
S.2.