Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Hindistan xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən məmnunluq duyuram.

Hindistan və Azərbaycan arasındakı dostluq münasibətləri sıx tarixi əlaqələrə və bir çox sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığa əsaslanır. Əminəm ki, birgə səylərimiz ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək və ümumi maraq doğuran sahələrdə qarşılıqlı əməkdaşlığı genişləndirəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Ram Nat Kovind

Hindistan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.- 24 aprel.- S.2.