Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası adından və şəxsən öz adımdan təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Sizin fəaliyyətiniz bundan sonra da ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına, beynəlxalq birlikdə layiqincə təmsil olunmasına, dövlətlərimiz arasında qarşılıqlı hörmətə və mehriban qonşuluq münasibətlərinə əsaslanan əlaqələrin möhkəmlənməsinə kömək edəcəkdir.
Ümidvarıq ki, Rusiya ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq, o cümlədən parlamentlər səviyyəsində əlaqələr dost ölkələrimizin və xalqlarımızın mənafeyi və rifahı naminə uğurla davam edəcək və genişlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, ali dövləti vəzifənizdə Sizə səmimi qəlbdən səmərəli və məhsuldar fəaliyyət, möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzulayıram.
Dərin hörmətlə,
Valentina Matviyenko
Rusiya Federasiyası Federal
Məclisi Federasiya Şurasının sədri
Azərbaycan.- 2018.-24 aprel.- S.2.