Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Əziz İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının
Prezidenti seçilməyiniz
münasibətilə Sizi
səmimi qəlbdən
təbrik edirəm.
Azərbaycan xalqı Sizə səs verməklə şəxsən Zati-alinizə,
həmçinin Azərbaycan
rəhbərliyinin daxili
və xarici siyasət kursuna dərin etimad və ehtiramını əyani sübut etdi.
Şadam ki, Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin dövlətçilik
ənənələrini Siz
və ailəniz ləyaqətlə və şərəflə davam
etdirirsiniz.
Məmnunluqla qeyd edim ki,
hazırda çalışdığım
Çində Azərbaycanın
nüfuzu durmadan artmaqdadır.
Tələbəlik illərimizi hər zaman xoş xatirələrlə yada salır, həyatımızın müxtəlif mərhələlərindəki dostcasına görüşlərimizi səmimi duyğularla xatırlayıram. Daimi diqqətinizə və əvəzsiz dəstəyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim.
Sizə, gözəl və istedadlı ailənizə qardaş Azərbaycanın rifahı naminə möhkəm cansağlığı, xoşbəxtlik və böyük uğurlar diləyirəm.
Dərin hörmət və səmimi hisslərlə,
David Aptsiauri
Gürcüstanın Çin Xalq Respublikasında
fövqəladə və səlahiyyətli səfiri
Azərbaycan.- 2018.-24 aprel.- S.2.