Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə “Yapı Kredi Bank Azərbaycan” adından təbrik edirik. Sizin yorulmaz səyləriniz, uzaqgörənliyiniz və apardığınız siyasət sayəsində Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə uğurlar qazanmışdır.
Bu xoş fürsətdən istifadə edib, Sizə və ailənizə möhkəm cansağlığı, işlərinizdə uğurlar və qardaş Azərbaycan xalqına rifah arzu edirəm.
Hörmətlə,
Cenk Yüksel
“Yapı Kredi Bank
Azərbaycan”ın
İdarə Heyətinin sədri, baş
direktor
Azərbaycan.- 2018.-24 aprel.-
S.3.