Azərbaycan xalqı taleyini alternativsiz liderinə həvalə etdi

 

Azərbaycan dövlətinin siyasi həyatında çox önəmli hadisə sayılan prezident seçkiləri 2018-ci il aprelin 11-də xalqın böyük iradəsinə əsaslanaraq İlham Əliyevin qələbəsi ilə başa çatdı. Azərbaycan xalqı müstəqillik tarixi dövründə növbəti dəfə  uğurlu seçimini edərək qarşıdakı 7 ildə öz taleyini inamla alternativsiz liderinə - İlham Əliyevə həvalə etdi.

Bu münasibətlə mən ilk növbədə bütün xalqımızı, Azərbaycanımızı təbrik edirəm. Doğru, düzgün seçim etməklə xalqımız Prezidentin ötən 15 illik uğurlu fəaliyyətinə verdiyi dəyəri bir daha sübut  etdi.  Cənab Prezidentin seçkilərdə ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirən çıxışında da deyildiyi kimi, “Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birgə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir “.

İlham Əliyev aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində dövlətin əsas hüquqi mənəvi rəmzləri sayılan Konstitusiyaya Qurani-Şərifə and içərək şərəfli missiyasının yeni mərhələsinə başladı. Möhtərəm Prezident inauqurasiya mərasimində Azərbaycanın qarşıdakı yeddi il  ərzində daxili, xarici, iqtisadi, sosial digər sahələr üzrə siyasətinin əsas koordinatlarını yeni inkişaf prioritetlərini geniş dolğun nitqi ilə xalqa eləcə dünyaya bəyan etdi.

Prezidentin növbəti yeddi il üçün elan etdiyi bu proqram onun 15 illik  uğurlu fəaliyyətinin davamı olaraq Azərbaycanın etibarlı gələcəyinə təminat verir. 

Son 15 il ərzində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, onun qətiyyətli addımları, səriştəli idarəçilik nəticəsində ölkənin inkişaf dinamikasına nail olunmuş, idarəetmə mexanizmi mütəmadi olaraq təkmilləşdirilmiş, səmərəli dövlət idarəçiliyinin, təhlükəsizliyinin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqilliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının rifah halının yüksəlməsini təmin etmişdir.

İqtisadiyyatın çoxşaxəliyinə innovativ dinamik inkişafına nail olan Azərbaycan vaxtında reallaşan islahatlar icra olunan irimiqyaslı layihələrlə bu gün regionda lider dövlətə, iqtisadi siyasi mərkəzə çevrilmişdir.

Möhtərəm Prezidentin rəhbərliyi altında qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının strateji yol xəritələrinin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırır əhatəsini daha da genişləndirir. Sürətli, yüksək templi bu irəliləyiş dövlətin yürütdüyü daxili xarici siyasətin düzgünlüyünün düşünülmüş olması müasir tələblərə cavab verə bilməsi sayəsində reallaşmışdır. Təbii ki, qazanılan nailiyyətlərdə ölkə rəhbərinin güclü, prinsipial siyasi iradəsinin, vaxtında düzgün qərarlar qəbul etməsinin, xalqımızın da möhtərəm Prezidentin strateji kursunu dəstəkləməsində ona olan inamının  böyük rolu olmuşdur. Azərbaycan xalqı hər zaman öz Prezidenti ətrafında sıx birləşərək daim birlik, həmrəylik nümayiş etdirmişdir.

Bundan əlavə, Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə öz sözünü deyən qüdrətli bir ölkəyə çevrilmişdir. Bir çox nüfuzlu beynəlxalq  təşkilatlarla əməkdaşlıq edərək böyük uğurlara imza atmışdır. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizin dünya birliyi tərəfindən dəstəklənməsi,  BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM digər təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr  bunu  bir daha təsdiqləyir. Əlbəttə, cənab Prezidentin söylədiyi kimi, “Bu, gənc, müstəqil dövlət üçün çox böyük nailiyyətdir”.

Ölkə rəhbərinin ordu quruculuğu sahəsində apardığı düzgün siyasət nəticəsində bu gün Azərbaycanın regionda ən güclü orduya sahib olması onun qüdrətindən xəbər verir. Aprel döyüşlərindəki şanlı qələbəmiz Azərbaycan Ordusunun gücünü  bir daha əyani şəkildə dünyaya sübut etdi.

Bir sözlə, son 15 il ərzində Azərbaycanın əldə etdiyi uğurlar, nailiyyətlər kifayət qədərdir. Lakin möhtərəm Prezidentin söylədiyi kimi, “Biz bu nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik”.

Sonda bir daha əminliklə deyə bilərik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətçiliyi onun layiqli davamçısı İlham Əliyev tərəfindən bundan sonra da uğurla davam etdiriləcək qarşıdakı 7 ildə Azərbaycan böyük zəfərlərə imza atacaqdır! 

 

Ziyafət ƏSGƏROV,

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə,

təhlükəsizlik korrupsiya ilə mübarizə  komitəsinin sədri,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2018.-24 aprel- S.4.