Azərbaycan - Türkiyə dostluğu
ən yüksək zirvədədir
Ankaradakı Heydər
Əliyev parkında ulu öndərin abidəsini ziyarət
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 24-də Türkiyə
Respublikasına rəsmi
səfəri çərçivəsində
Ankaradakı Heydər
Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi.
Qeyd edək
ki, Ankaradakı Heydər Əliyev
Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri
aparılıb. Nəticədə bu park Türkiyə paytaxtının ən
gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri
Xan çinarı ağacları və bu barədə məlumatın qeyd
edildiyi mərmər lövhələr var. Bu istirahət məkanındakı
şərait - mərasim meydanı, idman
meydançası, uşaq əyləncə
sahəsi bütün yaş
qrupundan olan şəhər
sakinlərinin öz zövqünə uyğun istirahət etmələri üçün imkanlar
yaradır. Hazırda parkın ərazisində inşa
edilən “Buta” Azərbaycanı Təbliğ
Evinin tikintisi yekunlaşmaq üzrədir.
Azərbaycan.- 2018.- 25 aprel.- S.2.