Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi xoş arzularımı çatdırır, işlərinizdə uğurlar diləyirəm.

Əminəm ki, bu ali vəzifəyə yenidən seçilməyiniz ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin inkişafına təkan verərək, dost ölkələrimizin xalqlarımızın müştərək mənafeyi naminə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etməsində böyük rol oynayacaqdır.

Dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Faiz Mustafa Al-Sarrac

Liviya Milli Barışıq Hökumətinin başçısı

 

Azərbaycan.- 2018.-25 aprel.- S.6.