Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Aprelin 11-də keçirilən
prezident seçkilərində
qazandığınız parlaq
qələbə münasibətilə
Sizi Vaşinqtonda fəaliyyət göstərən
ABŞ-Azərbaycan Ticarət
Palatası adından səmimi qəlbdən təbrik edir, ali dövləti
vəzifənizin yeni dönəmində daha böyük uğurlar arzulayıram.
Əminik ki, Sizin dəstəyiniz
və rəhbərliyinizlə
gələcək iqtisadi
layihələrin reallaşmasında
Azərbaycan növbəti
böyük addımlarını
atacaq.
Apardığınız məqsədyönlü siyasətin
nəticəsində Azərbaycanın
iqtisadiyyatı və beynəlxalq əlaqələri
dinamik surətdə inkişaf edir. Bu inkişaf Ticarət Palatasının Azərbaycan
ilə ABŞ arasında
işgüzar əlaqələrinin
genişləndirilməsi istiqamətində
fəaliyyəti üçün
daha da münbit
zəmin yaradır.
Sizin səyləriniz sayəsində
bunun davamlı olacağına inanır, Sizə möhkəm cansağlığı və
uğurlar arzulayıram.
Hörmətlə,
Rza Vəziri
Vaşinqtonda fəaliyyət
göstərən
ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri
Azərbaycan. - 2018.-25 aprel.-
S.6.