Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm Prezidentimiz, Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Küveyt Dövlətində yaşayan azərbaycanlıları özündə birləşdirən “Vətənsevər” Mədəniyyət və Dostluq Cəmiyyətinin bütün üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Cənab Prezident, biz Küveytdə Azərbaycan vətəndaşları olaraq Sizin daxilixarici siyasətinizi dəstəkləyirik və hər zaman yanınızdayıq. Siz Azərbaycanı dünyada çox yüksək səviyyədə tanıtmısınız. İnanırıq ki, ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirərək Vətənimiz Azərbaycanı daha işıqlı sabaha qovuşduracaqsınız. Tanrı bu şərəfli yolda Sizin köməyiniz olsun. Yolunuz işıqlı və rəvan olsun. Bütün dualarımız Sizinlədir.

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Yaşasın İlham Əliyev!

Hörmətlə,

 

Könül Hacızadə

“Vətənsevər” Azərbaycan-Küveyt

Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri

 

Azərbaycan.- 2018.-25 aprel.- S.6.