Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
13 fevral tarixli 363 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi
Əsasnaməsi”ndə dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
13 fevral tarixli 363 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 2, maddə 80, ¹ 3, maddə
235; 2007, ¹ 9, maddə 870; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 5, maddə
323; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 3, maddə 198; 2016, ¹ 5, maddə
863, ¹ 7, maddə 1263; 2017, ¹ 5, maddə 828) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının
Nümunəvi Əsasnaməsi”nin
8.6-cı yarımbəndində “müvafiq fəaliyyət növlərinə xüsusi
razılıq (lisenziya)
və ya xüsusi icazə, habelə” sözləri “lisenziya, icazə və ya digər”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 aprel 2018-ci il
Azərbaycan.- 2018.-25 aprel.-
S.5.