Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Turizm
və Menecment Universitetinin
Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 21
dekabr tarixli 710 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ni “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 10
oktyabr tarixli 1633 nömrəli Fərmanına
uyğunlaşdırmaq məqsədilə
qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 21
dekabr tarixli 710 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 12, maddə 1464; 2016, ¹ 11, maddə 1803; 2017, ¹ 5, maddələr
791, 802, ¹ 7, maddə 1369) ilə
təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin
5.20-ci bəndi aşağıdakı
redaksiyada verilsin:
“5.20. Təhsilalanların attestasiyasının aparılması qaydasını Azərbaycan Respublikasının Təhsil Nazirliyi müəyyən edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 aprel 2018-ci il
Azərbaycan.- 2018.-25 aprel.-
S.5.