“Məktəbəqədər təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə bağlı əlavə tədbirlər və
“Məktəbəqədər təhsil haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Məktəbəqədər təhsil
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə əlaqədar qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1. “Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun 4.0.4-cü maddəsində
nəzərdə tutulmuş
məktəbəqədər təhsilin inkişafına
ayrılan dövlət
büdcəsi vəsaitinin
həcmini müəyyən
etmək üzrə vəzifəni Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin
Qanunun 23.7-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini, o cümlədən 4.0.4-cü (məktəbəqədər
təhsilin inkişafına
ayrılan dövlət
büdcəsi vəsaitinin
maliyyə mexanizmlərini
və normativlərini
müəyyən etmək
üzrə) və
4.0.15-ci (məktəbəqədər təhsil müəssisələrinin
yaradılması və
inkişafını təşviq
edən mexanizmləri
hazırlamaq üzrə)
maddələrində nəzərdə
tutulmuş vəzifələri
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
1.3. həmin
Qanunun 4.0.7-ci, 4.0.10-cu, 4.0.12-ci (məktəbəqədər təhsil
müəssisəsinin akkreditasiyasını
həyata keçirmək
üzrə) və
4.0.18-ci maddələrində nəzərdə tutulmuş
vəzifələri Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi həyata keçirir;
1.4. həmin
Qanunun 14.2-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini və
4.0.14-cü maddəsində nəzərdə tutulmuş
məktəbəqədər təhsil müəssisələrində
tibbi xidməti təmin etmək üzrə vəzifəni
Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
həyata keçirir;
1.5. həmin
Qanunun 4.0.4-cü maddəsində
nəzərdə tutulmuş
məktəbəqədər təhsilin inkişafına
ayrılan dövlət
büdcəsi vəsaitinin
icrasına nəzarəti
təmin etmək üzrə vəzifəni
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi həyata keçirir;
1.6. həmin Qanunun 23.3-cü maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini, o cümlədən öz tabeliyində olan məktəbəqədər təhsil
müəssisələrinə münasibətdə 4.0.8-ci, 4.0.12-ci (məktəbəqədər təhsil
müəssisəsinin işçilərin
attestasiyasını həyata
keçirmək üzrə)
və 4.0.14-cü (dövlət
məktəbəqədər təhsil müəssisələrində
uşaqların qidalanmasını
təmin etmək üzrə) maddələrində
nəzərdə tutulmuş
vəzifələri, həmçinin
4.0.15-ci maddəsində nəzərdə
tutulmuş məktəbəqədər
təhsil müəssisələrinin
yaradılması və
inkişafını təşviq
edən mexanizmləri
həyata keçirmək
üzrə vəzifəni
yerli icra hakimiyyəti orqanları (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyəti, Gəncə
şəhəri üzrə
Gəncə Şəhər
İcra Hakimiyyəti)
həyata keçirirlər.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına
dair təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. “Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun 4.0.3-cü maddəsində
nəzərdə tutulmuş
vəzifəni həyata
keçirəcək icra
hakimiyyəti orqanı
barədə təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 6, maddə 1087) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bənddə “(məktəbəqədər təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq üzrə)” sözlərindən sonra vergül işarəsi qoyulsun, “və” sözü çıxarılsın və “(məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar təsdiq etmək üzrə)” sözlərindən sonra “və 4.0.4-cü maddəsində (məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini müəyyən etmək üzrə)” sözləri əlavə edilsin;
4.2. 2.2-ci bənddə “23.1-ci” sözlərindən sonra “, 23.7-ci” sözləri, “4.0.6-cı” sözlərindən əvvəl “4.0.4-cü (məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin maliyyə mexanizmlərini və normativlərini müəyyən etmək üzrə),” sözləri, “və 4.0.19-cu” sözlərindən əvvəl “, 4.0.15-ci (məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri hazırlamaq üzrə)” sözləri əlavə edilsin;
4.3. 2.4-cü bənddə “15.3-cü maddəsində” sözləri “15.3-cü və 23.3-cü maddələrində” sözləri ilə əvəz edilsin, “4.0.13-cü” sözlərindən əvvəl “4.0.8-ci, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin işçilərinin attestasiyasını həyata keçirmək üzrə),” sözləri, “və 4.0.16-cı” sözlərindən əvvəl “, 4.0.14-cü (dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasını təmin etmək üzrə)” sözləri, “həyata keçirirlər” sözlərindən əvvəl “, 4.0.15-ci maddəsində (məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri həyata keçirmək üzrə) nəzərdə tutulmuş vəzifəni yerli icra hakimiyyəti orqanları (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyəti, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyəti)” sözləri əlavə edilsin;
4.4. 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci, 2.6-cı, 2.7-ci bəndlər əlavə edilsin:
“2.5. həmin Qanunun 4.0.7-ci, 4.0.10-cu, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasını həyata keçirmək üzrə) və 4.0.18-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
2.6. həmin Qanunun 14.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini və 4.0.14-cü maddəsində nəzərdə tutulmuş məktəbəqədər təhsil müəssisələrində tibbi xidməti təmin etmək üzrə vəzifəni Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
2.7. həmin Qanunun 4.0.4-cü maddəsində nəzərdə tutulmuş məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin icrasına nəzarəti təmin etmək üzrə vəzifəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 aprel 2018-ci il.
Azərbaycan.- 2018.-25 aprel.-
S.5.